"ABŞ və Türkiyə bu məsələdə razılığa gələcək" - Tom Barak 

“ABŞ ilə Türkiyə arasında "F-35" təyyarələri ilə bağlı uzun müddətdir davam edən mübahisə ilin sonuna kimi həll oluna bilər”.

Jun 30, 2025 - 14:32
"ABŞ və Türkiyə bu məsələdə razılığa gələcək" - Tom Barak 

SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak deyib. 

Səfirin sözlərinə görə, ABŞ və Türkiyə indi yeni başlanğıc axtarır və ABŞ Konqresi bu məsələyə yenidən qayıtmağa hazırdır.

Amerikalı diplomat onu da qeyd edib ki, yaxın bir neçə ay ərzində iki ölkənin liderləri ilə xarici işlər nazirləri arasında yeni görüşlər baş tutacaq.

"“F-35", "F-16", "S-400", sanksiyalar və tariflər kimi məsələlər bizim missiyamız üçün ikinci dərəcəlidir. ABŞ və Türkiyə ilk dəfə olaraq təkcə müdafiədə deyil, həm də hücumda tərəfdaş olmaq öhdəliyini götürüblər”, - Barak diqqətə çatdırıb.

Türkiyə müdafiədən başqa ABŞ-dən mayeləşdirilmiş təbii qaz idxalını artırmağı nəzərdən keçirir və “Boeing” təyyarələri üçün sifarişin yekunlaşdırılması üzərində çalışır.

Xatirə SADİQ