Şimali Koreya Rusiyaya 5000 hərbçi göndərib

Şimali Koreya Rusiyaya 5000 hərbçisini göndərib.

Nov 5, 2025 - 14:07
Şimali Koreya Rusiyaya 5000 hərbçi göndərib

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi parlamentin kəşfiyyat komissiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, onların əsas məqsədi Rusiyada infrastrukturun bərpasında iştirak etməkdir.

"Hazırda Rusiya-Ukrayna sərhədində təxminən 10 000 Şimali Koreya hərbçisi yerləşdirilib. Bundan əlavə, 1000 hərbçi mina təmizləmə əməliyyatlarında iştirak edir. Ukraynaya qarşı müharibədə ən azı 600 Şimali Koreya hərbçisi həlak olub",- məlumatda qeyd edilib.