Pit Heqsetdən göstəriş - “Generalların sayı azaldılsın!”

ABŞ-nin müdafiə naziri Pit Heqset dörd ulduzlu generalların sayının azaldılması barədə göstəriş verib. 

May 6, 2025 - 13:02
Pit Heqsetdən göstəriş - “Generalların sayı azaldılsın!”

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Heqset xidməti qeydində məlumat verib ki, Milli Qvardiyanın general zabitlərinin sayı ən azı 20 faiz, ABŞ Silahlı Qüvvələrində general və flaqman vəzifələrinin sayı isə daha 10 faiz azaldılacaq.

Pentaqon rəhbəri bundan öncə bildirirdi ki, orduda yüksək rütbəli məmurların həddindən artıq çox olduğunu hesab edir.

Xatirə SADİQ