Zelenski həlak olan Ukrayna hərbçilərinin sayını açıqladı

“Rusiya ilə genişmiqyaslı müharibə zamanı 46 mindən çox Ukrayna əsgəri həlak olub, on minlərlə itkin düşüb və ya əsirlikdədir”.

Feb 17, 2025 - 12:12
Zelenski həlak olan Ukrayna hərbçilərinin sayını açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “NBC News” telekanalına müsahibəsində deyib. 

Ukrayna lideri qeyd edib ki, müharibə nəticəsində neçə ukraynalının həyatını itirdiyini heç kim dəqiq bilmir.

“Bizdə qurbanlarımızın qeydə alınmış sayı var – 46 mindən çox hərbçi həlak olub. On minlərlə itkin və ya əsir düşən də var. Və siz dəqiq bilmirsiniz, çünki itkin düşənlər ölmüş və ya əsirlikdə ola bilərlər”, - deyə Zelenski vurğulayıb.

Zelenski onu da nəzərə çatdırıb ki, təxminən 19,5 min ukraynalı uşaq Rusiyaya deportasiya edilib.

“Və biz müvəqqəti olaraq işğal olunmuş ərazilərdə həlak olan minlərlə, on minlərlə dinc sakinin sayını heç cür anlaya bilmirik”, - deyə o, əlavə edib.

Xatirə SADİQ