Trampın xüsusi elçisi Kiyevə gəldi

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi, general Kit Kelloq bu gün Ukraynaya səfər edib. 

Jul 14, 2025 - 12:50
Trampın xüsusi elçisi Kiyevə gəldi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak öz Telegram kanalında məlumat yayıb.

Yermak xüsusi elçi ilə danışıqlar zamanı Ukrayna tərəfinin qaldırmaq istədiyi mövzular arasında müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silahlar, sanksiyalar, bizim insanların müdafiəsi, eləcə də Ukrayna ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsini sadalayıb.

“Rusiya atəşi dayandırmaq istəmir. Güc vasitəsilə sülh – ABŞ prezidenti Donald Trampın prinsipidir və biz bu yanaşmanı dəstəkləyirik”, - deyə Yermak yazıb.

Qeyd edək ki, Kelloqu dəmir yol vağzalında Andrey Yermak qarşılayıb. Hərbi salam verən Kelloq onu səmimiyyətlə qucaqlayıb.

Xatirə SADİQ