Dostunun baqajında qaçan məhbus yaxalandı – Fransada

Ötən həftə Fransanın Lyon-Korbas həbsxanasında azadlığa buraxılan kamera yoldaşının baqajında gizlənmək yolu ilə qaça bilən məhbus yaxalanıb.

Jul 14, 2025 - 12:53
Dostunun baqajında qaçan məhbus yaxalandı – Fransada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi prokurorluğa istinadən məlumat yayıb. 

20 yaşlı Ahamad Elyazid bazar ertəsi səhər tezdən Lion yaxınlığındakı Korba şəhərində zirzəmidən çıxarkən ələ keçib. Onun şəriki olan kamera yoldaşı hələ də axtarılır.

Elyazid iyulun 11-də həbsxanadan qaça bilib. O, cinayətkar dəstənin tərkibində törədilmiş adam öldürmə və silah saxlama haqqında qanunu pozduğuna görə cəza çəkirdi. Hazırda həbsxanada daxili araşdırma aparılır.

Xatirə SADİQ