Qızının gözü qabağında atasını döyən qonşu Kərbəlayi Nicata niyə zəng edib? - DETALLAR

Su kranına görə qonşusu ilə mübahisə edən kişi onun üzünə bıçaqla çoxsaylı zərbələr endirib.

Sep 24, 2026 - 21:54
Qızının gözü qabağında atasını döyən qonşu Kərbəlayi Nicata niyə zəng edib? - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, hadisə 2025-ci ilin aprelində Abşeron rayonunun Digah qəsəbəsində baş verib. 

Zərərçəkmiş şəxs qonşusunun həyətinə su kranını açmaq üçün daxil olub. Onların su xətləri ümumi olub və zərərçəkmiş kranı açaraq su təzyiqini azaltmaq istəyib.

Bu məsələyə görə qonşular arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs əvvəlcə qonşusunu yumruq və təpiklə vurub. Zərərçəkmişin sözlərinə görə, həmin vaxt aldığı zərbədən yerə yıxılıb və dişi sınıb.

Bir qədər sonra təqsirləndirilən şəxs qonşusunu yenidən küçəyə çağırıb. O, telefonunu zərərçəkmişə verərək Kərbəlayi Nicat adlı məscid imamı ilə danışmasını istəyib. Təqsirləndirilən şəxs imamdan qonşusunun onun həyətinə və evinə daxil olmasının şəriət baxımından düzgün olub-olmadığını aydınlaşdırmasını istəyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qonşusu bundan sonra o, cibindən çıxardığı bıçaqla onun üz nahiyəsinə 4-5 zərbə endirib. Hadisə zamanı zərərçəkmişin qızı da orada olub. O, atasının yerə yıxıldığını və təqsirləndirilən şəxsin onu vurduğunu gördüyünü bildirib. Atasının üzünün qan içində olduğunu görən qız kömək üçün qohumlarına zəng edib.

Təqsirləndirilən şəxs məhkəmədə qonşusunu vurduğunu və üzünə bıçaqla zərbələr endirdiyini etiraf edib. Lakin onu öldürmək niyyətinin olmadığını bildirib.

Məhkəmə şəxsin əməlini Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirib. 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səlcuq