"Ailəni, övladları ortaya atmaq biqeyrətlikdi, binamusluqdu" - Arif Hacılı
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-də həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Arif Hacılı bu barədə sosial şəbəkə hesabında yazıb.
O, yayılan məlumatlarla bağlı heç nə yazmaq istəmədiyini bildirib və Vladimir Belinskinin “Heç nə haqqında heç nə” əsərinə istinad edib.
Arif Hacılı "Axırıncı aşırım" filmindən sitat gətirərək bunları yazıb.
“Sözünüz var, mənimlə danışın. Yoxsa ailəni, övladları ortaya çəkmək, təhdid etmək Abbasqulu bəy demişkən biqeyrətlikdi, binamusluqdu…”.
Qeyd edək ki, bu gün Orxan Hacılı və Yaqut Hacılının ABŞ-də həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Arif Hacılı isə həmin xəbərləri təkzib edərək bildirib ki, oğlu və gəlini həbs olunmayıb, onların vizalarının müddətinin başa çatması ilə bağlı araşdırma aparılıb və məsələ artıq həll olunub.
Oğuz