Medvedev ABŞ prezidentinə cavab verdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidentinin “təhlükəli əraziyə” girdiyi ilə bağlı xəbərdarlığına münasibət bildirib. 

Jul 31, 2025 - 12:57
Medvedev ABŞ prezidentinə cavab verdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Medvedev öz Telegram kanalında yazıb.

O, amerikalı dövlət başçısına sevimli zombi filmlərini yada salmağı təklif edib. Ardınca bildirib ki, əgər onun hər hansı bir sözü “bütöv, nəhəng ABŞ prezidentində belə əsəbi reaksiya doğurursa, deməli Rusiya hər şeydə haqlıdır və öz yolu ilə getməyə davam edəcək”. 

“Hindistan və Rusiyanın “ölü iqtisadiyyatı”na və “təhlükəli əraziyə girməsinə” gəlincə – qoy, “gəzən ölülər” haqqında sevimli filmlərini, həmçinin təbiətdə olmayan “ölü əl”in nə qədər təhlükəli ola biləcəyini xatırlasın”, - deyə Medvedev yazıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp öz “Truth” sosial şəbəkəsində Dmitri Medvedevə sözlərinə diqqət etməyi məsləhət görüb və onu “uğursuz keçmiş president” adlandırıb. 
 
Xatirə SADİQ