Kelloqun qızı Kiyevə hucumu pislədi 

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloqun qızı Meqan Mobbs Rusiyanın Kiyevə son kütləvi hücumunu “Amerikanın qətiyyətinin və gücünün sınanması” kimi səciyyələndirib.

Jul 31, 2025 - 13:10
Kelloqun qızı Kiyevə hucumu pislədi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Mobbz X sosial şəbəkəsində yazıb.

O, qeyd edib ki, Kiyev kütləvi dron hücumu altındadır: “Şübhə etməyin, bu, Putinin prezident Trampın dedlaynına cavabıdır. O, Amerikanın qətiyyətini və gücünü sınayır. Biz zəiflik göstərməməliyik”.

Kelloquin qızı diqqətə çatdırıb ki, işğalçılar şəhərə raketləri yalnız mülki şəxslər sığınacaqlarını tərk edib evlərinə qayıtdıqdan sonra atıblar.

“Rusiya Amerika və Qərbə düşünülmüş siqnal göndərir: biz sizdən qorxmuruq”, - Mobbs vurğulayıb.

Ukrayna KİV-i yazır ki, iyulun 31-nə keçən gecə Rusiyanın paytaxta birgə endirdiyi zərbə nəticəsində biri azyaşlı uşaq olmaqla 7 nəfər həlak olub. Daxili işlər naziri Klimenko bildirib ki, dağıntılar altında təxminən 10 nəfər qala bilər. 

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rus işğalçıları Ukraynaya 300-dən çox PUA və səkkiz raket atıblar.

Prezidentin sözlərinə görə, Dnepropetrovsk, Poltava, Sumı, Nikolaev və Kiyev vilayətləri zərər çəkib, lakin paytaxt kütləvi atəşin əsas hədəfi olub. 

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, bu, genişmiqyaslı müharibə başlayandan bəri Kiyevdə bir gecədə ən çox uşağın yaralandığı bombardman olub: “Kiyevdə yaralananlar arasında 9 uşaq da var”.

O, iki nəfərin öldüyü Solomenski rayonunda eniş nəticəsində zədələnmiş evi də göstərib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması üçün elan etdiyi yeni müddətin 10 gün olduğunu və çərşənbə axşamı, iyulun 29-dan başladığını açıqlayıb.

Xatirə SADİQ