Rəqib komandaların məşqlərini gizli izlətmişdi - Futbolda casusluq skandalı
İngiltərə futbolunda məşqçi və klubun adının hallandığı casusluq qalmaqalı yenidən gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, “Sauthempton”un baş məşqçisi Tonda Ekkertin rəqib komandaların məşqlərini izlətməsi ilə bağlı İngiltərə Futbol Assosiasiyasının (FA) araşdırmasında qərarın açıqlanması gözlənilir.
Ekkert “Oksford Yunayted”, “İpsviç” və “Midlsbro”nun məşqlərinin izlənilməsinə görə üç qayda pozuntusu ilə ittiham olunub. Klub isə daha əvvəl bu hərəkətlərə görə Çempionşip pley-offundan kənarlaşdırılıb və yeni mövsümə 4 xal itki ilə başlayıb.
FA-nın araşdırması çərçivəsində Ekkert təxminən 4 saat ifadə verib. O, baş verənlərə görə üzr istədiyini bildirib.
İş üzrə yekun qərarın Ekkertin fərdi cəzası ilə bağlı olması gözlənilir. Məşqçinin cəzalandırılması halında “Sauthempton”un baş məşqçi ilə bağlı yeni qərar verməsi də gündəmə gələ bilər.
Səlcuq