Mourinyo bu komanda ilə razılaşdı - İyundan rəhbərlik edəcək

Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya yığmasına keçə bilər.

May 15, 2025 - 15:22
Mourinyo bu komanda ilə razılaşdı - İyundan rəhbərlik edəcək

Bu barədə “HT Spor” məlumat yayıb.

62 yaşlı mütəxəssis artıq Portuqaliya Futbol Federasiyası ilə ilkin razılıq əldə edib. Mourinyo iyunda UEFA Millətlər Liqasının final turnirindən sonra milli komandaya rəhbərlik edə bilər.

Portuqaliya millisinə hazırda Roberto Martines başçılıq edir. Mourinyo ötən ilin yayından "Fənərbağça"dadır və hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Joze Mourinyo əvvələr vətənində “Portu", İngiltərədə “Çelsi”, “Tottenhem” və “Mançesyter Yunayted", İtaliyada"İnter”lə “Roma”, İspaniyada isə “Real Madrid”in baş məşqçisi olub. (teleqraf)