Rusiya səfiri “Qalatasaray”ın stadionuna getdi – O futbolçuya suallar verdi + VİDEO
Rusiyanın Türkiyədəki səfiri Sergey Verşinin “Qalatasaray”ın stadionuna baş çəkib.
SAVASHMEDİA.az xəbər verir ki, səfir mövsümün əvvəlində “Qalatasaray”ın heyətinə qatdığı gənc rusiyalı futbolçu Aleksey Batrakovla görüşüb.
Bu barədə Rusiya səfirliyinin rəsmi sosial media hesablarında paylaşım edilib. Sergey Verşinin gənc futbolçuya Türkiyədəki həyatı, uyğunlaşma prosesi və karyerası ilə bağlı suallar ünvanlayıb.
- Verşinin: Sizə sonuncu dəfə nə vaxt Aleksey Andreyeviç deyə müraciət ediblər?”
- Batrakov gülümsəyərək: Deyəsən, elə indi ilk və sonuncu dəfə oldu.
- Verşinin: Məşhur olmaq çətin işdir elə deyilmi?
- Batrakov: Xeyr, bu, işimizin bir hissəsidir.
- Verşinin: Burada özünüzü yaxşı hiss edirsiniz? Komandaya uyğunlaşa bilmisiniz?
- Batrakov: Bəli, özü də çox yaxşı uyğunlaşmışıq.
- Verşinin: Bu, idman karyeranızda ilk böyük nailiyyətinizdir?
- Batrakov: Mənim üçün, şübhəsiz ki, belədir.
Sergey Verşinin “Qalatasaray”ın prezidenti Dursun Özbeklə də görüşüb.
Rusiya rəsmisi Dursun Özbeklə söhbət zamanı Batrakovun komandadakı roluna və komanda yoldaşları ilə birliyinə diqqət çəkib:
“”Qalatasaray”ı qələbəyə aparacaq, lakin bunu, əlbəttə ki, türkiyəli komanda yoldaşları ilə birlikdə edəcək”.
Banu
Посмотреть эту публикацию в Instagram