NATO baş katibi Rusiya və Şimali Koreyaya müraciət etdi
NATO-nun baş katibi Mark Rutte kəşfiyyat məlumatlarına əsasən Şimali Koreya qoşunlarının Rusiya ərazisində, xüsusən də Kursk bölgəsində olduğunu təsdiqləyib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu baş katib brifinqdə bəyan edib.
Baş katib deyib ki, səhər Cənubi Koreya nümayəndə heyəti NATO-ya, eləcə də Yaponiya, Avstraliya və Yeni Zelandiyaya məlumat verib ki, onun xidmətlərinə KXDR ordusunun Rusiyada olması və onların müharibəyə cəlb olunması məlumdur.
“Bu, KXDR-in Rusiyanın qeyri-qanuni müharibəsində davam edən cəlbinin əhəmiyyətli dərəcədə gərginləşməsidir. Bu, BMT Təhlükəsizlik Şurası qətnaməsinin daha bir pozuntusudur. Üçüncüsü, bu, Rusiya Federasiyasının müharibəsinin təhlükəli genişlənməsidir. NATO Rusiya və KXDR-i bu hərəkətləri dərhal dayandırmağa çağırır. Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi həm Sakit okean, həm də Avro-Atlantik təhlükəsizliyə təhdiddir”, - deyə Rutte vurğulayıb.
O xatırladıb ki, bundan əvvəl KXDR Rusiyaya döyüş sursatları və ballistik raketlər verib: “Putin bunun müqabilində Şimali Koreyaya beynəlxalq sanksiyaların qarşısını almaq üçün hərbi texnologiya və digər dəstəklər verir”.
Rutte qeyd edib ki, belə şəraitdə demokratik dünyanın ümumi dəyərlərin müdafiəsi naminə gücləri birləşdirməsi vacibdir.
“Lakin eyni zamanda Şimali Koreya hərbçilərinin Kursk bölgəsinə cəlb olunması Putinin artan çarəsizliyinə işarədir. Putinin müharibəsində 600 mindən çox rusiyalı əsgər ölüb və ya yaralanıb. O, xaricdən dəstək olmadan Ukraynada hücumu davam etdirə bilməz. NATO müttəfiqləri azad və müstəqil Ukraynanı dəstəkləməyə davam edəcək, çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”, - Rutte bildirib.
Rutte əlavə edib ki, o, bazar ertəsi Cənubi Koreya prezidenti Yun Sok Yol və Ukraynanın müdafiə naziri Rustem Umerov ilə bu hadisələr kontekstində danışacaq.
Xatirə SADİQ