İran və Rusiya Xəzər dənizində hərbi təlimə başlayır 

Sabahdan İran və Rusiya Xəzər dənizində birgə hərbi təlimə başlayacaq.

Jul 20, 2025 - 15:01
İran və Rusiya Xəzər dənizində hərbi təlimə başlayır 

SAVASHMEDİA.az-ın “Tasnim”-ə istinadən verdiyi xəbərə görə, “Birləşmiş Dəniz Xilasetmə Təlimi 2025” (CASAREX2025) 3 gün davam edəcək.

Təlimə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri, İran Polis Komandanlığı, Rusiya Hərbi Dəniz Qüvvələri qatılacaq. Təlim “Təhlükəsiz Xəzər dənizi üçün birlikdə” devizi ilə keçirilir.