Novxanı çimərliyində batan məktəblilərin adları - Hələ tapılmayıblar

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.

Jul 20, 2025 - 12:51
Novxanı çimərliyində batan məktəblilərin adları - Hələ tapılmayıblar

SAVASHMEDİA.az xəbər verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.