Təyyarədə yaralanan qız anasına avar dilində video göndərdi - "Yaxşıyam, amma atam..." 

AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan zaqatalalı qız ailəsinə video göndərib. 

Dec 25, 2024 - 21:41
Təyyarədə yaralanan qız anasına avar dilində video göndərdi - "Yaxşıyam, amma atam..." 

SAVASHMEDİA.az xəbər verir ki, lent.az yaralı Səlihət Ceerovanın xəstəxanada çəkilmiş videosunu əldə edib. 

Yaralı qız avar dilində vəziyyətinin yaxşı olduğunu, onunla birgə təyyarədə olan atası Xizri Ceerovdan xəbər almadığını bildirir:

"Narahat olma ana. Mən yaxşıyam. Atamı görməmişəm. İnşallah müalicə alıb qayıdacam".