Təyyarənin gövdəsindəki dəliklər atəş izləridir? - Qazaxıstan rəsmisindən CAVAB
O, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını bildirib.
Qazaxıstanın Baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayev AZAL-ın qəzaya uğrayan təyyarəsinin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olduğunu əks etdirən görüntülərə münasibət bildirib.
SAVASHMEDİA.az APA-ya istinadən xəbər verir ki, brifinqdə bu barədə suala cavab verən K. Bozumbayev xüsusi istintaq qrupunun hadisə yerini müayinə etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını bildirib.
“Buraya həmçinin “qara qutu”nun oxunması da daxildir. Qəzanın səbəbləri dəlillər toplandıqdan və ekspertizaların nəticələri açıqlandıqdan sonra müəyyən ediləcək. Nəticələr ictimaiyyətin diqqətinə çatdırılacaq”, - deyə o vurğulayıb.