Lyayen və Antonio Koşta Kiyevdədirlər

Ursula fon der Lyayen və Antonio Koşta Ukrayna paytaxtına gəliblər

Feb 24, 2025 - 11:05
Lyayen və Antonio Koşta Kiyevdədirlər

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Kiyevə səfər ediblər.

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki,  Avropa rəsmiləri Rusiyanın genişmiqyaslı təcavüzünün başlanmasının üçüncü ildönümündə Kiyevdə tərəfdaş ölkələrin liderlərinin görüşünə qatılacaqlar. 

Görüşdə Ukrayna üçün sülh, təhlükəsizlik təminatları və kollektiv təhlükəsizliyin gələcəyi müzakirə ediləcək.

Xatirə SADİQ