Trampın elçisi bu suala birbaşa cavabdan yayındı
ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff Rusiyanın Ukrayna ilə sülh sazişi çərçivəsində hansı güzəştlərə getməli olduğu sualına cavab verməyib
SAVASHMEDİA.az bu barədə CNN telekanalına istinadən xəbəbr verir
Telekanala müsahibəsində Uitkoff yalnız deyib ki, istənilən sülh sazişində tərəflərdən hər biri güzəştə gedəcək: “İstər ərazi güzəştləri olsun, istərsə də iqtisadi güzəştlər olsun”.
Uitkoff əlavə edib ki, sazişdə hər iki tərəfin güzəştləri əks olunacaq.
Xatirə SADİQ