Ramzan Kadırov əsa ilə görüntüləndi

Çeçenistan lideri Ramzan Kadırov təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayıldığı bir vaxtda əlində əsa ilə ictimaiyyət qarşısına çıxdı.

Jan 4, 2026 - 13:44
Ramzan Kadırov əsa ilə görüntüləndi

SAVASHMEDİA.az-ın xəbərinə görə, Çeçenistan liderinin Telegram kanalında yayımlanan görüntülərdən Kadırovun Novı Şaroy kəndində hafizlik məktəbinin açılışında iştirak etməsi məlum olub.

Amma sözügedən açılışın ötən il dekabrın 3-də baş tutduğunu nəzərə alsaq, bu görüntülərin heç də yeni olmadığı məlum olur. 

Xatırladaq ki, Rusiya mediası 25 dekabrda Dövlət Şurasının Moskvada keçirilən ənənəvi Yeni il öncəsi iclasından əvvəl Kadırovun təcili olaraq xəstəxanaya yerləşdirilməsi barədə informasiya yaymışdı.

Oğuz