Maduro Trampın Türkiyəyə sürgün təklifinə yox deyibmiş 

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonunda Venesuela lideri Nikolas Maduroya vəzifədən getməyi və Türkiyəyə sürgün olmağı təklif edib.

Jan 4, 2026 - 12:39
Maduro Trampın Türkiyəyə sürgün təklifinə yox deyibmiş 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NYT məlumat yayıb.

Məlumata görə, Nikolas Maduro bu ultimatumdan imtina edib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.

Ölkədə fövqəladə vəziyyət elan edilib. (teleqraf)