Rusiya və Belarusa yeni tariflər tətbiq olundu - Aİ

Avropa İttifaqı (Aİ) 1 iyul tarixindən Rusiya və Belarusda istehsal olunan kənd təsərrüfatı məhsulları və gübrələrin idxalına yeni tariflər tətbiq edəcək.

Jun 12, 2025 - 15:33
Rusiya və Belarusa yeni tariflər tətbiq olundu - Aİ

SAVASHMEDİA.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu qərar Aİ-nin Lüksemburqda iclası keçirilən Ədliyyə və Daxili İşlər Nazirləri Şurasında qəbul olunub. 
  
“Aİ Şurası bu gün Rusiya və Belarusun kənd təsərrüfatı məhsulları və gübrələrinə yeni tariflər qəbul edib. Onlar iyulun 1-dən qüvvəyə minəcək”, - deyə agentlik avropalı nazirlərin görüşündə iştirak edən diplomatlara istinadən yazıb.

Yeni tariflər xüsusilə, şəkər, sirkə, un və heyvan yemini əhatə edəcək. Rusiya və Belarusdan gətirilən gübrələrə 6,5% tarif, həmçinin 2025–2026-cı illər dövründə hər ton üçün 40-45 avro əlavə gömrük rüsumu tətbiq ediləcək. Rusiya və Belarus gübrələrinə bu cür gömrük rüsumunun 2028-ci ilə qədər hər ton üçün 430 avroya qədər artacağı gözlənilir.

Bundan əvvəl Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi Avropa Komissiyası və Aİ Şurasının Rusiya və Belarusdan bəzi kənd təsərrüfatı məhsullarının idxalına tariflərin 50% artırılması təklifini dəstəkləmişdi.

Xatirə SADİQ