“Putin üçün insan həyatının dəyəri yoxdur” - Estoniyanın baş naziri

“2022-ci il fevralın 24-dən Rusiyanın itkiləri bir milyon insanı ötüb, çünki Putin üçün insan həyatının heç bir dəyəri yoxdur”. 

Jun 12, 2025 - 15:42
“Putin üçün insan həyatının dəyəri yoxdur” - Estoniyanın baş naziri

SAVASHMEDİA.az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kristen Mixal “X” sosial şəbəkəsində yazıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Rusiyanın müharibədə itkilərinin bir milyon nəfəri keçdiyi barədə məlumatı şərh edən baş nazir hesab edir ki, Rusiyaya təzyiqlər davam etdirilməlidir, çünki bu, ədalətli və davamlı sülhə aparan yeganə yoldur.

“Putin sülhə nail olmaq üçün istənilən real səyləri rədd edir. Özünü elə göstərir ki, guya danışıqlara hazırdır”, - deyə eston siyasətçi vurğulayıb. 

Xatirə SADİQ