“Haaqa səfərim Trampla görüşdən asılı deyil” - Zelenski 

Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə Haaqada keçiriləcək NATO sammitində iştirak edib-etməyəcəyinə hələ əmin deyil. 

Jun 21, 2025 - 17:40
“Haaqa səfərim Trampla görüşdən asılı deyil” - Zelenski 

SAVASHMEDİA.az RBK-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Zelenski jurnalistlərlə görüşündə deyib.

“Mənim səfərim Trampla görüşün olub-olmayacağından asılı deyil. Əvvəla, gedəcəyimə əmin deyiləm, amma yenə də ehtimal yüksəkdir. Əslində, bir gün əvvəl qərar verəcəm”, - deyə Ukrayna prezidenti nəzərə çatdırıb. 

Zelenski onu da  qeyd edib ki, Niderlanddan sammitə dəvət onun üçün vacibdir və NATO sammiti çərçivəsində bir neçə görüş keçirmək istəyir. 

“Kraldan və baş nazirdən müvafiq dəvətlər var. Bizim onunla çox yaxşı münasibətlərimiz var. O, çoxlu dəstək göstərir. Düşünürəm ki, həcminə görə Avropada üçüncüdür. Niderland həqiqətən bizi çox dəstəkləyir. Ona görə də onun məni dəvət etməsi mənim üçün çox-çox vacibdir. Görüşlər də daxil olmaqla, əhəmiyyətli proqramım var. Əlbəttə ki, prezident Trampla görüş çox vacibdir”, - deyə Zelenski vurğulayıb. 

Onun sözlərinə görə, artıq “üçtərəfli təklif – NATO, Aİ və Ukrayna” var. Eyni zamanda NATO sammiti çərçivəsində bütün NATO ölkələrinin və Ukraynanın xarici işlər və müdafiə sənayesi nazirlərinin görüşləri planlaşdırılır.

Xatirə SADİQ