Nisyə satış edən sahibkarların kreditləri ilə bağlı YENİ QƏRAR
Nisyə mal satışı ilə məşğul olan şirkət və fərdi sahibkarların kreditlərinə nəzarət gücləndirilir.
SAVASHMEDİA.az xəbər verir ki, Mərkəzi Bankın yeni qərarına əsasən, banklar bu şəxslərin nisyə satışları ilə bağlı təqdim etdiyi məlumatları kredit bürolarındakı göstəricilərlə müqayisə edəcək.
Müqayisə zamanı nisyə satış portfelinin həcmi və alıcıların sayı üzrə göstəricilərdən hər hansı birində uyğunluq 90 faizdən aşağı olarsa, həmin sahibkara verilmiş kredit qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdiriləcək.
Qayda həm şirkətlərə, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə şamil olunur. Qərar noyabrın 10-da qüvvəyə minib.
Aytən