Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ
Azərbaycanda qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə qanunla məhdudiyyət qoyulub.
SAVASHMEDİA.az xəbər verir ki, Nazirlər Kabinetinin 522 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydalara əsasən, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir.
Bu tələbi pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 516-1.3-cü maddəsinə əsasən, 500 manatdan 1 000 manatadək cərimə edilə bilərlər.
Qanunda yalnız bir istisna nəzərdə tutulub. Belə ki, vəfat etmiş şəxsin həyat yoldaşı yazılı müraciət etməklə onun qəbrinin yanında yerləşən qonşu qəbir yerini əvvəlcədən rezervasiya edə bilər.
Oğuz