Taksi sürücüləri nə qədər vergi ödəyəcək? - Dəyişiklik
Taksi sürücülərinin gəlirlərindən 1 faiz vergi tutulması təklif edilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu təklif Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Təklifə əsasən, taksi sürücülərinin gəlirlərindən sifariş operatorları və platformalar vasitəsilə ödəniş zamanı 1 faiz sadələşdirilmiş vergi tutulacaq.
Hazırda taksi fəaliyyəti üzrə vergi nəqliyyat vasitəsinə görə sabit məbləğlə hesablanır. Yeni mexanizm isə sürücünün faktiki gəlirinə əsaslanacaq.
Layihədə bildirilir ki, dəyişiklik vergi uçotunu asanlaşdıracaq, ödənişlərin şəffaflığını artıracaq və kölgə dövriyyəsinin azaldılmasına kömək edəcək.
Səlcuq