Antiinhisar Agentliyi “İrşad Electronics” barəsində protokol tərtib etdi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “İrşad Electronics” MMC barəsində “Reklam haqqında” Qanunun 6.1.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Bildirilib ki, şirkət reklam qanunvericiliyinin tələblərini pozub və qanun pozuntusu 10 iyun 2026-cı ildə qeydə alınıb. Pozuntu reklamı qadağan edilən məhsul, texnika və ya xidmətlərin reklamı, yaxud reklamın yayılması qaydalarının pozulması ilə bağlıdır.
Fakt üzrə İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi tətbiq olunub. Bu maddəyə görə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək cərimə tətbiq olunur. (infoaz.media)