İran Hörmüz boğazında tankerin partladığını açıqladı 

İran Hörmüz boğazında tankerlə bağlı insidentin baş verdiyini iddia edib.

Nov 27, 2026 - 21:14
İran Hörmüz boğazında tankerin partladığını açıqladı 

SAVASMEDİA.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, Hörmüz boğazında hərəkət edən tanker dəniz minasına düşərək partlayıb. Hadisədən sonra digər bir tankerin də geri döndüyü bildirilib.

İran tərəfi tankerlərin adlarını, ekipajın vəziyyətini və partlayış nəticəsində dəymiş zərərin miqyasını açıqlamayıb. Hadisə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb.

Aytən