İran Küveyti inandırmaq üçün and-aman edir - "Biz etməmişik"

İran Küveytə edilən dron hücumu ilə bağlı məsuliyyət daşımadığını bəyan edib.

Nov 27, 2026 - 21:25
İran Küveyti inandırmaq üçün and-aman edir - "Biz etməmişik"

SAVASMEDİA.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın hadisədə iştirak etmədiyini bildirib. 

O, insidentin araşdırılması üçün Küveytlə birgə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

İranlı nazir hadisəni müharibəni genişləndirmək üçün əvvəlcədən hazırlanmış ssenariyə bənzədib. O, hücumun mənşəyinin müəyyənləşdirilməsi üçün Küveyt və İtaliya ilə birgə araşdırma aparmağa hazır olduqlarını bildirib.

Qeyd edək ki, Küveyt hadisəyə görə İranı ittiham edib. Hücum nəticəsində Almaniyanın Rheinmetall şirkətinin iki italiyalı əməkdaşı həlak olub. Daha iki nəfərin yaralandığı bildirilir. 

İran isə ittihamları rədd edərək hadisədə iştirak etmədiyini bəyan edib.

Aytən