Burun qanamasını dayandırmağın YOLLARI - Bu səhvləri ETMƏYİN!

Burun qanamasını dayandırmağa çalışarkən başı arxaya əymək və uzanmaq təhlükəli ola bilər.

Nov 27, 2026 - 21:15
Burun qanamasını dayandırmağın YOLLARI - Bu səhvləri ETMƏYİN!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə həkimlər xəbərdarlıq edib.

Bildirilib ki, bu hərəkətlər qanaxmanı dayandırmır, əksinə, qanın hərəkət istiqamətini dəyişir. Nəticədə, ürəkbulanma və qusma yarana, güclü qanaxma zamanı isə qan tənəffüs yollarına düşə bilər.

Mütəxəssislər burun qanaması zamanı oturmağı, başı bir qədər önə əyməyi və ağızdan nəfəs almağı tövsiyə ediblər.

Eyni zamanda, burunun yumşaq hissəsini baş və şəhadət barmaqları ilə 10-15 dəqiqə sıxmaq lazımdır. Üz dərisinə birbaşa buz qoymaq da məsləhət görülmür.

Banu