"Azza" mağazaları qıcqırmış yoqurt satır? - İfşa VİDEOSU
Qida blogeri Gülnar Hüseynova "Azza" mağazasından aldığı yoqurtun keyfiyyətsizliyi ilə bağlı paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Azadlıq prospektində yerləşən filialdan iyulun 19-da aldığı, son istifadə tarixi iyulun 22-si olan yoqurtun qıcqırdığını və üfunət iyi verdiyini bildirib.
"Uşaqlar yoqurtu açanda gördüm ki, qıcqırıb. İnanın, üfunət iyi gəlirdi. Mənim uşağım bunu içsəydi, nə olacaqdı?" - bloger qeyd edib.
Hüseynovanın sözlərinə görə, məhsulu mağazaya qaytarsa da, əməkdaşlar üzr istəmək əvəzinə onunla mübahisə ediblər.
"Söhbət puldan getmir. Mən öz hüquqlarımı müdafiə edirəm. Niyə insanlara belə keyfiyyətsiz məhsullar satılır?" - o vurğulayıb.
"Azza" hadisə ilə bağlı açıqlama verilməyib.
Aytən