73 yaşlı Putin niyə cavan görünür? - Sibir marallarının buynuzundakı SİRR

Vladimir Putinin yaşından cavan görünməsi ilə bağlı uzun illərdir müxtəlif iddialar səsləndirilir. Son günlər isə xarici mediada 73 yaşlı liderlə bağlı həmin iddialar yenidən gündəmə gəlib.

Jul 21, 2026 - 19:16
73 yaşlı Putin niyə cavan görünür? - Sibir marallarının buynuzundakı SİRR

SAVASHMEDİA.az xəbər verir ki, bəzi xarici KİV-lər Vladimir Putinin Sibirin Altay bölgəsində tətbiq olunan maral buynuzu ekstraktı ilə hazırlanan müalicə prosedurlarından istifadə etdiyini iddia edir.

Bəs həmin prosedur nədir, necə tətbiq olunur?

Əslində burada söhbət maralın qanından yox, hələ tam bərkiməmiş və qan damarları ilə zəngin olan cavan buynuzların istifadəsindən gedir. Yaz aylarında xüsusi üsulla kəsilən buynuzlardakı damarlardan əldə edilən qandan xüsusi maye hazırlanır. Daha sonra həmin maddə isti vannalara əlavə edilir.

Alternativ təbabətdə bu prosedurun orqanizmə enerji verdiyi, bərpa prosesini sürətləndirdiyi və qocalmanı ləngitdiyi iddia edilir. Məhz buna görə də bəzi mənbələr Putinin yaşından daha gənc görünməsini bu prosedurla əlaqələndirir.

Amma Kreml Putinin belə müalicə üsulundan istifadə etməsi ilə bağlı yayılan məlumatları heç vaxt təsdiqləməyib. Həmçinin bu iddiaları təsdiqləyən etibarlı sübut da mövcud deyil.

Səlcuq