Futbolçulara maşın paylanıldı - Kim hansı modeli seçdi? + FOTOLAR

“Bavariya”nın oyunçuları “Audi” şirkətinin təşkil etdiyi sponsorluq tədbirində yeni elektrik avtomobillər əldə ediblər.

Oct 16, 2024 - 22:13
Oct 16, 2024 - 22:14
Futbolçulara maşın paylanıldı - Kim hansı modeli seçdi? + FOTOLAR

SAVASHMEDİA.az publika.az-a istinadla xəbər verir ki, Münhen klubunun bir neçə üzvünə dəyəri 145.000 avro olan ən bahalı “RS e-tron GT” modeli təqdim edilib. Söhbət Leon Goretska, Tomas Müller, Alfonso Devis və Rafael Gerreyrodan gedir.

Başqa məşqçi Vinsent Kompani, hücumçu Harri Keyn, yarımmüdafiəçi Coşua Kimmix və qapıçı Manuel Noyer isə dəyəri 98 min avro dəyərində olan “Audi SQ8 e-tron2 SUV” modelini seçiblər.