Rusiyanın ərazisi 53 hektar kiçildi - Mesyatsev adasının yoxa çıxdığı RƏSMƏN TƏSDİQLƏNDİ
Ərazisi 53 hektar olan Mesyatsev adası Şimal Buzlu Okeanındakı Frans-Yozef arxipelaqından tamamilə yox olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumat Rusiya Coğrafiya Cəmiyyətinin saytında yerləşdirilib.
Moskva Aviasiya İnstitutunun dosenti Aleksey Kuçeikon Mesyatsev adasının "tamamilə əridiyini" açıqlayıb.
"Bununla əlaqədar olaraq naviqasiya xəritələrində düzəlişlər etmək lazım gələcək", Kuçeiko bildirib.
Xatırtladaq ki, 2015-ci ilin avqustunda Mesyatsev adasının sahəsi 53 hektara yaxın olub. Bu ilin avqustunda onun sahəsi artıq üç hektar idi. Bir ay sonra ada, nəhayət, yoxa çıxıb.
Alimlər adanın yoxa çıxmasını buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olan qlobal istiləşmə ilə əlaqələndiriblər.
Yağmur