Evdə modemi hara qoymaq lazımdır? - Sürətli internetin vacib şərti
Evdə Wi-Fi routerinin düzgün yerləşdirilməsi internetin sürətinə və bağlantının sabitliyinə birbaşa təsir edir.
SAVASHMEDİA.az xəbər verir ki, qalın divarlar, iri mebellər, güzgülər, metal əşyalar və bəzi məişət texnikaları siqnalın zəifləməsinə səbəb ola bilər.
Router üçün ən uyğun yer mənzilin mərkəzi hissəsidir. Cihazın hündür və açıq məkanda yerləşdirilməsi siqnalın otaqlara daha bərabər yayılmasına kömək edir.
Ekspertlər routeri mikrodalğalı soba, televizor, soyuducu, blutuz cihazları və digər elektron qurğuların yanında saxlamağı məsləhət görmürlər. Həmçinin onu dolabın içinə, otağın küncünə, xarici divarların yaxınlığına, güzgü və akvariumun yanına qoymaq siqnal itkisini artıra bilər.
İkimərtəbəli evlərdə isə routerin mərtəbələr arasına yaxın hissədə quraşdırılması daha balanslı siqnal yayılmasına imkan verir.
Mütəxəssislərin sözlərinə görə, internet zəif işləyirsə, routerin yerini dəyişmək, Wi-Fi kanalını yeniləmək, proqram təminatını güncəlləmək, siqnal gücləndiricisindən və ya “mesh” sistemindən istifadə etmək faydalı ola bilər.
Oğuz