Putin həmin mübahisəli qanunu imzaladı - Bu ölkələrə ORDU YERİDİLƏCƏK
Vladimir Putin xarici və beynəlxalq məhkəmələr tərəfindən təqib olunan Rusiya vətəndaşlarının müdafiəsi üçün ordudan istifadə edilməsinə icazə verən qanunu imzalayıb.
SAVASHMEDİA.az xəbər verir ki, yeni qanun prezidentə Rusiyanın iştirak etmədiyi xarici və beynəlxalq məhkəmələrin qərarları nəticəsində həbs, cinayət təqibi və digər təzyiqlərlə üzləşən vətəndaşların müdafiəsi məqsədilə Silahlı Qüvvələrin bölmələrini göndərmək səlahiyyəti verir.
Sənədə əsasən, belə hallarda dövlət qurumları da prezidentin qərarı ilə əlavə müdafiə tədbirləri həyata keçirə biləcəklər.
Analitiklər hesab edirlər ki, qanunun ifadə etdiyi səlahiyyətlər kifayət qədər genişdir və gələcəkdə Moskvanın xarici ölkələrin ərazisində hərbi və ya xüsusi əməliyyatlara hüquqi əsas kimi istifadə oluna bilər. Tənqidçilərin fikrincə, "Rusiya vətəndaşlarının müdafiəsi" arqumenti digər dövlətlərə təzyiq göstərilməsi və hətta hərbi müdaxilə üçün zəmin yarada bilər.
Qeyd edək ki, Kreml daha əvvəl də xaricdə yaşayan rusdilli əhalinin və ya Rusiya vətəndaşlarının müdafiəsini müxtəlif addımlarının əsaslandırılması üçün səbəb kimi göstərib. Bu səbəbdən yeni qanun beynəlxalq aləmdə diqqətlə izlənilir.
Oğuz