Jo Batista "Tovuzlu balası" olduğunu belə sübut etdi - HƏMİN RƏQSİN VİDEOSU
"Kəpəz”lə oyunda “Turan Tovuz”un həlledici qoluna imza atan Jo Batista matçdan sonra qələbəni rəqs edərək qeyd edib.
SAVASHMEDİA.az xəbər verir ki, “Turan Tovuz”un braziliyalı futbolçusu matç bitər-bitməz Azərbaycan mahnısına oynayıb.
Jo Batistanın bu davranışı "Turan" azarkeşlərinin alqışları ilə müşayiət olunub və həmin video sosial şəbəkələrdə "Jo Batista Tovuzlu oldu" başlığı ilə paylaşılıb .
Xatırladaq ki, “Turan Tovuz” Misli Premyer Liqasının XIII turunda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Qələbə qolunu 90+1-ci dəqiqədə Jo Batista vurub.
Oğuz
Həmin videonu təqdim edirik:
Bu gönderiyi Instagram'da gör