Türkiyə öz mobil telefonlarını istehsal edəcək - QİYMƏTLƏR

Türkiyə gələn ildən yerli istehsal olan smartfonlarını satışa çıxarmağa hazırlaşır.

Nov 28, 2026 - 22:37
Türkiyə öz mobil telefonlarını istehsal edəcək - QİYMƏTLƏR

SAVASHMEDİA.az xəbər verir ki, ASELSAN və Türk Telekomun birgə layihəsi çərçivəsində telefonların 2027-ci ilin ilk yarısında satışa çıxarılması planlaşdırılır.

İstehsalın Malatya şəhərində həyata keçirilməsi nəzərdə tutulur. İlk modellərin Android əməliyyat sistemi ilə işləyəcəyi bildirilir.

İlkin ehtimallara görə, ən ucuz modelin 15-20 min lirəyə (503-670 manat), orta səviyyəli modelin 30-35 min lirəyə (1 005-1 173 manat), premium modelin isə 45-50 min lirəyə (1 508-1 675 manat) satışa çıxarılacağı gözlənilir.

Oğuz