Azərbaycanda pensiya yaşı ARTIRILDI - İyulun 1-dən...

Azərbaycanda qadınların pensiya yaşı iyulun 1-dən etibarən növbəti dəfə artırılacaq.

Jun 17, 2026 - 14:11
Azərbaycanda pensiya yaşı ARTIRILDI - İyulun 1-dən...

SAVASHMEDİA.az xəbər verir ki, qüvvədə olan qanunvericiliyə əsasən, qadınlar üçün yaş həddi 64 il 6 aydan 65 yaşa qaldırılacaq. 

Bununla da ilk dəfə olaraq qadınlar və kişilər üçün pensiya yaşı eyni olacaq.

“Əmək pensiyaları haqqında” Qanuna görə, qadınların pensiya yaşı 2017-ci ildən başlayaraq hər il 6 ay artırılıb. Səkkiz il davam edən mərhələli artım prosesi 2026-cı il iyulun 1-də başa çatacaq.

Hazırda kişilər üçün pensiya yaşı 65-dir və bu göstərici dəyişmir. Yeni dəyişiklikdən sonra qadınlar üçün də yaş həddi 65 olaraq müəyyənləşəcək.

Qadınların pensiya yaşının artırılması uzun müddətdir ictimai müzakirələrə səbəb olur. Mütəxəssislər və vətəndaşlar bu məsələni xüsusilə ölkədəki orta ömür uzunluğu və əmək bazarındakı vəziyyət fonunda dəyərləndirirlər.

Səlcuq