Putindən kritik qərar, dizel ixracı dayandırldı - Rusiya böhrana təslim olur

Rusiya hökuməti daxili bazarda yanacaq təminatını gücləndirmək məqsədilə dizel yanacağının ixracına müvəqqəti qadağa tətbiq edib.

Jul 8, 2026 - 22:03
Putindən kritik qərar, dizel ixracı dayandırldı - Rusiya böhrana təslim olur

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi müşavirədəkı çıxışı zamanı məlumat verib.

Novakın sözlərinə görə, qəbul edilən qərarın əsas məqsədi daxili bazarın dizel yanacağı ilə fasiləsiz təmin olunması və tədarükün artırılmasıdır. O bildirib ki, ixrac məhdudiyyəti müvəqqəti xarakter daşıyır və hazırkı mərhələdə ölkə daxilindəki yanacaq bazarında sabitliyin qorunmasına xidmət edir.

Məlumata görə, qadağa 31 iyul tarixinədək qüvvədə olacaq. 

Aleksandr Novak həmçinin bildirib ki, ölkədə yaranmış vəziyyəti nəzərə alaraq iyul ayından etibarən müəyyən həcmdə yanacaq idxalına da başlanacaq.

Qeyd edək ki, son aylarda Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın bir sıra neft emalı zavodlarına endirdiyi zərbələr yanacaq istehsalına mənfi təsir göstərib. Bu da daxili bazarda yanacaq təminatı ilə bağlı narahatlıqları artırıb və hökuməti əlavə tədbirlər görməyə vadar edib.

Səlcuq