Benzin və gediş haqları da bahalaşacaq - AÇIQLAMA

İlk günlərini yaşadığımız 2025-ci ildə qlobal iqtisadi böhranın daha da dərinləşəcəyi proqnozlaşdırırlır. 

Jan 6, 2025 - 13:30
Benzin və gediş haqları da bahalaşacaq - AÇIQLAMA

Maraqlıdır, bu iddialar nə dərəcədə realdır? 

SAVASHMEDİA.az xəbər verir ki, iqtisadçı ekspert Akif Nəsirli mövzu ilə bağlı konkret.az-a açıqlama verib.

ABŞ-nin seçilmiş prezidenti Donald Trampın yanvarın 20-dən öz səlahiyyətlərinin icrasına başlayacağını xatırladan ekspert, bunun qlobal iqtisadi proseslərə də təsir edəcəyini bildirib:

“Əgər Tramp  verdiyi vədləri yerinə yetirərsə, dünyada müəyyən qədər sabitlik yaranacaq, böhran bir qədər səngiyəcək. Amma bu da dəqiq proqnoz deyil. Neftin qiymətində hələ ki sabitləşmə müşahidə olunur. Ola bilər ki, qarşıdakı aylarda neftin qiymətində ucuzlaşma  müşahidə olunsun. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Ümumiyyətlə bu ilin ötən ilə müqayisəd daha kəskin problemlərlə yadda qalacağı gözlənilir. Çünki ötən il dünyada bəzi iqtisadi problemlərə səbəb olan məsələlər hələ aradan qalxmayıb. Azərbaycana gəldikdə, ölkəmizdə iqtisadiyyatı daha çox boğan vergi yüküdür. Çox təəssüflər ki, ötən il vergi yükünün azaldılmasına baxılmadı. Kiçik sahibkarların vergi yükü götürülmədi və bu da, ölkədə iqtisadi aktivliyin bir qədər zəifləyəcəyinə səbəb ola bilər. Ümumiyyətlə il sürprizlərlə zəngin olacaq. Böyük ehtimalla bu il  yanacağın qiyməti də artırılacaq.  Bu da, sərnişin daşımalarında qiymətlər artımına səbəb ola bilər”.