Tələbin 3 dəfə artması Azərbaycanda dolları bahalaşdıracaq? - AÇIQLAMA

Son məlumatlara görə, ölkədə dollara tələb 3 dəfəyədək artıb.

Dec 4, 2024 - 20:52
Dec 4, 2024 - 21:03
Tələbin 3 dəfə artması Azərbaycanda dolları bahalaşdıracaq? - AÇIQLAMA

Yanvar-noyabr (11 ayda) banklara 6.5 milyard dollar satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,55 dəfə çoxdur.

SAVASHMEDİA.az-ın məlumatına görə, İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bildirib ki, dollara tələbatın kəskin artmasının müxtəlif səbəbləri var.

“Dollara tələbatın 3 dəfədək artmasının səbəblərindən biri dövlətin borclarının çoxalmasıdır. Qarabağda görülən işlər, həmçinin yaxın zamanda ölkədə keçirilən beynəlxalq miqyaslı tədbir idxalı artırdı və bu da öz növbəsində dollara tələbatı artırdı. İkinci səbəb isə qiymətlərin artmasıdır. Qiymətlər artdıqda isə idalın da həcmi artır. Qiymətlərin artma səbəbi isə alınmış məhsulların maya dəyərinin artmasıdır”.

Ekspert qeyd edib ki, dollara olan tələbatın kəskin artmasına baxmayaraq, dolların qiymətində bahalaşma hələ ki gözlənilmir.

“Hələ ki tədiyyə balansının mənfi olmaması dolların yaxın zamanda bahalaşmayacağından xəbər verir. Hazırda ölkəyə daxil olan və ölkədən çıxan dollar sayı ölkənin xeyrinədir, ziyanına yox. Neftin qiymətinin yüksək olması, qaz ixracının maksimallarda olması dövlətin valyuta ehtiyatlarının azalmamasına dəstək verir. Lakin bu situasiya hər an dəyişə bilər. Çünki Azərbaycanda dollar bazarda formalaşmır. Bu Mərkəzi Bankın qərarından asılıdır. Qərar dəyişikliyi baş verərsə, bahalaşma da ola bilər. Lakin indiki göstəricilər dolların qiymətinin bahalaşdırılmasına zərurət yaratmır”.