Şimali Koreya ABŞ rəsmisinin Seula səfərini raketlə “salamlayıb”
ABŞ dövlət katibi Antoni Blinken Seulda səfərdə olarkən Şimali Koreya günorta saatlarında (GMT 03:00) orta mənzilli ballistik raket buraxıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, raket dənizə düşməkdən əvvəl 1100 kilometrdən çox şərqə tərəf uçub.
Hadisədən bir neçə saat sonra mətbuat konfransında çıxış edən Blinken bildirib ki, bu buraxılış ABŞ, Cənubi Koreya və Yaponiya arasında əməkdaşlığın vacibliyini göstərir.
“Raketin bugünkü buraxılışı hamımıza birgə işimizin nə qədər əhəmiyyətli olduğunu xatırlatdı”, - deyə Blinken vurğulayıb.
Pxenyanın Moskva ilə əlaqələrinin dərinləşdiqinə diqqəti cəlb edən ABŞ dövlət katibi xəbərdarlıq edib ki, Rusiya Ukraynadakı müharibəyə verdiyi dəstək müqabilində Şimali Koreya ilə kosmik və peyk texnologiyalarını bölüşmək niyyətindədir.
Xatirə SADİQ