Üç ölkə İrana qarşı hərəkətə keçdi
Britaniya, Fransa və Almaniya avqustun 28-də BMT Təhlükəsizlik Şurasında İrana qarşı BMT sanksiyalarının bərpası prosesinə başlayacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Reuters agentliyinə iki avropalı diplomat bildirib.
Üç ölkə avqustun 27-də İranla görüşüb və nüvə proqramı üzrə diplomatik danışıqları yenidən başlatmağa cəhd edib. Bu ölkələr oktyabrın ortalarında Tehrana qarşı sanksiyaları bərpa etmək imkanını itirəcəklər. Həmin sanksiyalar 2015-ci il nüvə sazişinə əsasən ləğv edilmişdi.
Lakin 27 avqust danışıqları uğursuz olub, çünki İran tərəfi kifayət qədər konkret öhdəliklər götürməyib.
Böyük Britaniya, Fransa və Almaniyanın nazirləri öz qərarları barədə ABŞ dövlət katibi Marko Rubionu məlumatlandırıblar, avqustun 28-də isə BMT Təhlükəsizlik Şurasına məktub təqdim edəcəklər.
Onlar ümid edirlər ki, bu addım Tehranı 30 gün ərzində nüvə proqramı ilə bağlı öhdəliklərini təqdim etməyə vadar edəcək.
İran çoxdan israr edir ki, proqramı dinc xarakter daşıyır. Hərçənd uranı belə yüksək səviyyədə (60%) zənginləşdirən yeganə qeyri-nüvə silahı ölkəsi olaraq qalır.
Avropa ölkələri nüvə proqramı ilə bağlı aparılan danışıqların nəticəsiz qalması səbəbindən ildən-ilə Tehrana daha böyük şübhə ilə yanaşır.
Xatirə SADİQ