Fransa ABŞ-siz hərbi ittifaqı dəstəkləyir – Fransua Bayru
Fransanın Baş naziri Fransua Bayru NATO modeli üzrə Amerikasız Avropa hərbi ittifaqı yaratmaq təklifindən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.
Nəşrin “Siz NATO modeli üzrə ABŞ olmadan Ümumavropa hərbi ittifaqını dəstəkləyirsinizmi?” sualına Fransua Bayru “Bəli” cavabını verib.
Onun sözlərinə görə, yeganə mümkün həll yolu Avropa müdafiə təşkilatının yaradılması ola bilər.
“Siz eşitdiniz ki, gələcək kansler seçki ərəfəsində heç kimin təsəvvürünə belə gətirə bilməyəcəyi açıqlamalar verərək, ölkəsinin Fransa və İngiltərənin nüvə müdafiəsini xatırlatdı. Zərurət qanundur və ilk növbədə təhlükəsizliyinin həmişə Amerika təminatı altında olacağına inananların hamısı üçün. De Qollun dövründən bəri Fransa müstəqillikdən başqa heç bir təminatın, o cümlədən Avropanın təminatının olmadığını güman etməkdə haqlı idi”, - deyə Baş nazir müsahibəsində vurğulayıb.
Almaniyadakı növbədənkənar seçkilərdə partiyası qalib gələn gələcək kansler Fridrix Merts fevralın 24-də NATO-nun hazırkı formada mövcudluğunu şübhə altına aldı.
“Donald Trampın ötən həftəki açıqlamalarından sonra məlum olur ki, bu hökumət Avropanın taleyi ilə o qədər də qayğılanmır”, - Merts bildirdi.
Xatirə SADİQ