Polşa prezidentinin bu hərəkəti tənqid olundu - VİDEO
Polşa prezidenti Karol Navrotskinin BMT Baş Assambleyasının sessiyası zamanı dodaq altına qoyulmuş nikotin paketindən istifadə etməsi böyük rezonans doğurub.
SAVASHMEDİA.az xəbər verir ki, TVN24 həmin anı X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Kadrlardan görünür ki, Polşa prezidenti köməkçisindən kiçik qutu götürür, içindən kiçik ağ əşya çıxararaq ağzına qoyur. TVN24-ün videonu əks etdirən postu 700-dən çox şərh və 1,6 milyon baxış toplayıb.
Polşa radiosu (Polskie Radio) qeyd edib ki, əksəriyyət bunu snus istifadəsi kimi şərh etdiyindən siyasətçinin ünvanına tənqid atəşi yağdırılıb.
İstifadəçilər prezidenti aludəçiliyinə qalib gələ bilmədiyi üçün xarakter zəifliyində günyahlandırıb və memlar yerləşdirirlər.
“Əvvəlcə bu haqda Polşa öyrəndi, indi bütün dünya görəcək”, - deyə yazan Bartosz nikli istifadəçi dövlət başçısını köçürməkdə yaxalanmış şagirdə məxsus üz ifadəsi almaqda ittiham edib.
Xatirə SADİQ