“Trampın bütün bəyanatlarını izləyirik” – Peskov
Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə apardığı söhbətdən narazı qalmasına münasibət bildirib.
SAVASHMEDİA.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
“Sozsüz ki, biz prezident Trampın bütün bəyanatlarını diqqətlə izləyirik. Söhbətin gedişində prezident Putin təkrarladı ki, biz məqsədlərimizə nail olmaqda maraqlıyıq və bunu siyasi-diplomatik vasitələrlə etmək daha məqsədəuyğundur. Lakin hələlik bu mümkün deyil, biz xüsusi əməliyyatımızı davam etdiririk. Prezident həmçinin həmkarını məlumatlandırıb ki, biz birbaşa danışıqların üçüncü raundunun tarixləri ilə bağlı razılığa gəlməyi gözləyirik”, - Peskov vurğulayıb.
Qeyd edək ki, bu gün jurnalistlərlə ünsiyyəti zamanı Donald Tramp bildirib ki, Vladimir Putinlə apardığı danışıqlardan narazı qalıb. ABŞ prezidentinin sözlərinə görə, Ukrayna üzrə heç bir irəliləyişə nail ola bilməyib.
Xatirə SADİQ