Ukrayna Rusiyada “Şahed” PUA-ları üçün başlıq hazırlayan zavodu vurdu

Ukrayna Silahlı Qüvvələri bu gün Moskvadakı “Tətbiqi Kimya Tədqiqat İnstitutu” Federal Elmi-İstehsalat Mərkəzi ASC-yə zərbələr endirib.

Jul 4, 2025 - 16:30
Ukrayna Rusiyada “Şahed” PUA-ları üçün başlıq hazırlayan zavodu vurdu

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ordunun Baş Qərargahı məlumat yayıb. 

Məlumata görə, silahların birbaşa hədəfə çatdığı təsdiqlənib və obyektin ərazisində yanğın və güclü tüstülənmə qeydə alınıb.

Ukrayna mediası qeyd edib ki, Rusiya Federasiyasının Moskva vilayətinin Serqiyev Posad şəhərindəki müəssisə, xüsusən də “Şahed” tipli PUA-lar üçün termobarik döyüş başlıqlarının istehsalını həyata keçirir və Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün mühüm həlqəsidir.

Xatirə SADİQ